Rusiya Prezidentinin Türkiyəyə səfəri gözlənilir

#
# 15:51
25 noyabr 2019

Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfəri gözlənilir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığında "Türk axını" layihəsinin yerüstü hissəsinin 2020-ci ilin yanvar ayının ilk ongünlüyündə Türkiyədə tamamlanacağına dair razılığa gəliblər və bu münasibətlə Rusiya Prezidentinin Türkiyəyə ziyarəti gözlənilir. Bu səfərə hazırlıq prosesi gedir", - deyə D. Peskov qeyd edib.

Kremlin sözçüsü səfərin dəqiq tarixini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR