Rusiya XİN Ankara ilə İdlib məsləhətləşmələrinin ikinci raundu ilə bağlı məlumat yayıb

Rusiya XİN Ankara ilə İdlib məsləhətləşmələrinin ikinci raundu ilə bağlı məlumat yayıb
# 19 fevral 2020 00:38 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Moskvada fevralın 17 və 18-də keçirilən Suriya münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr barədə məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, məlumatda bildirilib ki, Rusiya Prezidentinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, Rusiya XİN başçısının müavini Sergey Verşinin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Türkiyə XİN başçısının müavini Sinan Onalın rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqların ikinci raundu keçirilib.

Görüşdə Suriyanın İdlib əyalətindəki münaqişənin deeskalasiyası ətraflı müzakirə olunub. Tərəflər gərginliyin azaldılmasını, humanitar vəziyyətin yüngülləşdirilməsini və terrorçuluğa qarşı mübarizənin davam etdirilməsini özündə əks etdirən tədbirlərlə bağlı mövcud razılaşmalara bağlılıqlarını bildiriblər. Qeyd olunub ki, İdlibdə və Suriyanın digər rayonlarında uzunmüddətli təhlükəsizliyə və sabitliyə nail olmaq mümkündür.

Bundan əlavə, Suriyadakı böhranın siyasi nizamlanma prosesinin irəliləməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR