Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb

Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
# 11 fevral 2020 11:40 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb.

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, müzakirələr iki mərhələdə olmaqla, fevralın 8-də və 10-da baş tutub.

Ankaradakı müzakirələrdə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, Xarici İşlər nazirinin müavini Sergey Verşinin və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak edib.

Türkiyə tərəfindən isə danışıqlara Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Rusiya nümayəndə heyəti həmçinin Türkiyə Prezidentinin siyasi məsələlər üzrə müşaviri İbrahim Kalınla da görüşüb.

“Suriyada, ilk növbədə İdlibin de-eskalasiya zonasındakı son vəziyyəti müzakirə olunub", - deyə XİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR