Rusiya XİN Cavad Zərifin səs yazısına münasibət bildirib

#
# 18:12
29 aprel 2021

“Biz İranın rəsmi mövqeyinə istinad edirik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İran XİN başçısı Məhəmməd Cavad Zərifin səs yazısının yayılmasına münasibət bildirərkən deyib.

“Biz İranın rəsmi mövqeyinə istinad edirik. Rusiyanın həlledici köməyi olmasaydı, İranın nüvə sazişi olmazdı. Rusiya İranla əməkdaşlığı genişləndirmək niyyətindədir. Biz tərəfdaşlarımızla münasibətləri sözlərə görə deyil, işə görə mühakimə edirik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Qərb mətbuatında İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Həmin səs yazısında Zərif bildirib ki, Moskva İranın ABŞ-la nüvə sazişinə mane olmağa çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR