Rusiya XİN Putin-Bayden görüşünün mümkünlüyünə münasibət bildirib

#
# 13:16
20 aprel 2021

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün yeri və vaxt barədə danışmaq hələ tezdir”.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hələlik tezdir, biz buna heç yaxınlaşmamışıq belə...” - deyə o qeyd edib.

Naziri müavini görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyini diqqətə çatdırıb: “Biz hələlik məsələnin başındayıq. Prosesin necə olacağı ABŞ-ın bundan sonra özünü necə aparacağından asılı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR