Rusiya XİN Trampın ÜST-ə maliyyə yardımını dayandırmasına münasibət bildirib

Rusiya XİN Trampın ÜST-ə maliyyə yardımını dayandırmasına münasibət bildirib
# 15 aprel 2020 11:50 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Zaxarova deyib ki, D. Trampın ÜST-ün maliyyələşdirilməsinin dayandırması qərarı onu göstərir ki, Vaşinqton üçün əsas "günahkarlar"ın tapılması və öz "günahsızlığını" sübut etməkdir.

“Bu ölkənin siyasətçiləri üçün hər zaman kimsə günahkardır. Pandemiyanın günahkarı Çin və ÜST-dür, Klintonun məğlubiyyətinin günahkarı Rusiyadır, Amerika səhiyyəsindəki problemlərinin günahkarı şəxsən Putindir. Əsas odur ki, mifik "sınaq borusu" nu tapıb dünyaya başqalarının günahlarının və öz günahsızlıqlarının sübutu kimi təqdim edin”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR