Rusiya XİN başçısı: "Koreya yarımadasındakı vəziyyət yeni böhrana gətirib çıxara bilər"

#
# 14:22
23 dekabr 2019

“Koreya yarımadasındakı vəziyyət yeni böhrana gətirib çıxara bilər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən "Hökumət saatı"nda çıxışında deyib.

Rusiya XİN başçısı Moskva və Vaşinqton arasında Əfqanıstan, Suriya və Koreya yarımadası məsələləri ilə bağlı əməkdaşlıq kanallarının olduğunu bildirib. 

“Deyə bilmərəm ki, bütün bu istiqamətlərdə biz eyni müsbət addımlar atırıq. Lakin əməkdaşlıq kanalların olmasının özü əlbəttə ki, bir-birimizin niyyətlərini daha yaxşı anlamağa kömək edir və amerikalıların Koreya yarımadası problemi ilə bağlı bizim mövqeyimizi eşitməsi üçün imkan yaradır. Koreya yarımadasındakı hazırkı vəziyyət yeni böhrana gətirib çıxara bilər”, - deyə S. Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR