Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib

Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
# 25 yanvar 2020 00:25 (UTC +04:00)

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏTin Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib.

Rusiya XİN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR