Rusiya XİN ölkə vətəndaşlarını İran, Koreya və İtaliyaya səfər etməməyə çağırıb

Rusiya XİN ölkə vətəndaşlarını İran, Koreya və İtaliyaya səfər etməməyə çağırıb
# 26 fevral 2020 23:17 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına bir sıra ölkələrə səfərlərdən imtina etməyi tövsiyə edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

Rusiya XİN ölkə vətəndaşlarına koronavirus infeksiyasının yayılması səbəbindən İran, Koreya və İtaliyaya səfərdən imtina etməyi tövsiyə edib. Bundan başqa, XİN adı çəkilən ölkələrdə olan bütün vətəndaşlarından əlaqə məlumatlarını həmin ölkədəki Rusiya səfirliyinə telefonla və ya elektron poçtla təqdim etməyi xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR