Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri “Roskosmos”un baş direktorunun müşavirinin həbsindən danışıb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri “Roskosmos”un baş direktorunun müşavirinin həbsindən danışıb
# 10 iyul 2020 13:05 (UTC +04:00)

“Roskosmos”un baş direktorunun müşaviri İvan Safronovun saxlanılması və ona ittiham elan edilməsi heç bir alda onun peşəkar fəaliyyəti ilə bağlı deyil.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Mən bir neçə prinsipial məqamlara diqqəti yönəltmək istərdim. İlk olaraq Rusiya əks kəşfiyyat əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirirəm. İkinci, Safronovun saxlanılması və ittiham irəli sürülməsi onun peşə fəaliyyəti ilə bağlı deyil. Üçüncü isə, heç kəsə istintaqa, üstəlik də məhkəməyə təzyiq göstərməyi məsləhət görmürəm”, - deyə S. Narışkin vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Roskosmos” baş direktorunun müşaviri İ. Safronovun saxlanılması barədə məlumat yayıb. Məlumatda İ. Safronovun NATO-nun xüsusi xidmətinə işlədiyi, Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiə və təhlükəsizliyi ilə bağlı dövlət sirri daşıyan məlumatları qarşı tərəfə ötürdüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR