Rusiya Yaponiya ilə birlikdə hazırladığı koronavirus test sistemini ABŞ-a təhvil verib

#
# 07:28
4 aprel 2020

 

Rusiya İnvestisiya Fondunun mütəxəssisləri yapon həmkarları ilə birlikdə hazırladıqları  COVID-19-u təyin edən test sistemini ABŞ-a təhvil verib. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə fondun rəhbəri Kirill Dmitriyev bildirib.

ABŞ və Rusiyanı koronavirusla mübarizədə qüvvələr birləşdirməyə çağıran fond rəhbəri koronavirus pandemiyasının qlobal problem olduğu üçün bu hadisənin vacib bir addım olduğunu deyib: “Düşünürəm ki, əməkdaşlığı gücləndirməliyik və xoş niyyət nümayiş etdirməliyik. Yaxşı jestlər üçün vaxt gəldi”. 

K.Dmitriyevin sözlərinə görə, mobil rus-yapon testləri dünyanın ən yaxşılarından biridir. Bu system vasitəsilə saatda 20 nəfəri koronavirus testindən keçirmək mümkündür. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR