Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı Elman Paşayevin vəkillik statusunun ləğvini təklif edib

Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı Elman Paşayevin vəkillik statusunun ləğvini təklif edib
# 10 sentyabr 2020 20:33 (UTC +04:00)

Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil Elman Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

APA-ın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məlumatında bildirilib .

Qeyd olunub ki, Rusiya Ədliyyə Nazirliyi vəkil Elman Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib .

Elman Paşayevlə yanaşı nazirlik vəkil A.Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR