Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub

Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub
# 10 sentyabr 2020 12:54 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Serbiya Prezidenti Aleksandr Vucic arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

Telefon danışığı zamanı Aleksandr Vucic sentyabrın 4-də Vaşinqtonda və sentyabrın 7-də Brüsseldə keçirilən danışıqlar barədə rusiyalı həmkarını məlumatlandırıb. Vladimir Putin Kosovo ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməli və Belqrad üçün qəbul edilə bilən bir kompromis və balanslı həll yolu ilə əlaqədar Rusiyanın prinsipial mövqeyinin dəyişməzliyini vurğulayıb.

Tərəflər Rusiya və Serbiya arasında strateji tərəfdaşlığı müzakirə ediblər. Rusiya Prezidenti serbiyalı həmkarının Rusiya-Serbiya əlaqələrinin inkişafındakı şəxsi töhfəsini yüksək qiymətləndirdiyini bildirib. Liderlər ikitərəfli, regional və beynəlxalq gündəmdəki bütün məsələlərlə bağlı yaxın təmasda olmağa hazır olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR