Rusiyada 4 evsiz gecələdikləri quyuda yanaraq ölüb

Rusiyada 4 evsiz gecələdikləri quyuda yanaraq ölüb
# 22 yanvar 2020 10:46 (UTC +04:00)

Bu gün səhər saatlarında Rusiyanın Buryatiya respublikasında 4 nəfərin gecələdiyi quyuda yanğın baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın Ulan-Ude şəhərinin “Oktyabr” rayonunda qeydə alınıb.

Yanğının baş verməsinə odla ehtiyatsız davranmanın səbəb olduğu ehtimal edilir.

Quyudan ətrafa tüstünün yayıldığını görən şəxslər aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra quyuda iki kişi və iki qadının meyiti aşkarlanıb. Yanğında ölənlərin evsiz şəxslər olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR