Rusiyada COVID-19-a yoluxanların sayı 511 mini ötüb

#
# 11:46
12 iyun 2020

Rusiyada son sutka ərzində daha 8 987 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 511 423 nəfərə çatıb.

Son sutka ərzində 183 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6 715 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 269 370 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR