Rusiyada COVID-19-a yoluxanların sayı 592 280 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 592 280 nəfərə çatıb
# 22 iyun 2020 11:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7600 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 592 280 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8206 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 344 416 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR