Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb
# 16 iyul 2020 11:35 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 428 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb.

Son sutka ərzində 167 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 937 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 531 692 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR