Rusiyada COVID-19-a yoluxmanın artmasının səbəbləri açıqlanıb

Rusiyada COVID-19-a yoluxmanın artmasının səbəbləri açıqlanıb
# 25 sentyabr 2020 12:30 (UTC +04:00)

Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq ölkədə son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasının səbəblərini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, A. Ginzburq bildirib ki, yoluxmanın artması nəqliyyat axını, “D” vitamini çatışmazlığı və payız fəslinin daha həssas olması ilə bağlıdır.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 7 212 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb. Moskvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 560 nəfər olub. Bu, son həftə ərzində yoluxmanın 30 faiz artdığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR