Rusiyada COVID-19-dan ölənlərin sayı 21 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 21 mini ötüb
# 02 oktyabr 2020 12:02 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9 412 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 194 643 nəfərə çatıb.

Son sutka ərzində 186 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 077 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR