Rusiyada İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən nəşriyyat evinin sahibi saxlanılıb

Rusiyada İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən nəşriyyat evinin sahibi saxlanılıb
# 30 aprel 2021 11:56 (UTC +04:00)

Rusiyanın ən böyük müsəlman nəşriyyatının sahibi Aslambek Ejayev saxlanılıb.

APA-nın Moskva müxbirinin Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən verdiyi xəbərinə görə, “Umma” nəşriyyat evinin rəhbəri İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinir.

“Cinayət işi çərçivəsində müstəntiqlər FTX, DİN, Cəzaların icrasına Nəzarət üzrə Federal Xidmət və “Rosfinmonitorinq”in əməkdaşları ilə Aslambek Ejayevin bu cinayətdə əlinin olmasını müəyyən ediblər. Ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 4-cü bəndi ilə (terrorçuluq fəaliyyətinin maliyyələşməsini təşkil etmək) ittiham irəli sürülüb və məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

İstintaqın versiyasına görə, A. Ejayev 2012-ci ildən İŞİD-i maliyyələşdirmək məqsədi ilə pul vəsaitləri aldığı kontragentlərlə dəfələrlə gizli görüşlər keçirib. O, Rusiyada terrorçuluq cinayətinə görə axtarışda olan şəxslərə 34 milyon rubldan çox pul köçürüb. FTX-dan o da bildirilib ki, “Umma” Rusiyada ən nəhəng müsəlman nəşriyyatıdır. Onun nəşr etdiyi ədəbiyyatların bir hissəsi Rusiya Ədliyyə Nazirliyi tərəfindən qadağan olunan, vəhhabi təriqətini, ekstremizmi və “dünya xilafəti” ideyasını təbliğ edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR