Rusiyada Narkoloji Dispanserdə yanğında yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB

Rusiyada Narkoloji Dispanserdə yanğında yaralananların sayı 12-yə çatıb  - YENİLƏNİB
# 14 dekabr 2019 11:34 (UTC +04:00)

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə baş verən yanğında yaralananların sayı 12-yə çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə regional səhiyyə departamenti məlumat yayıb.

***

06:24

Rusiyanın Tümen vilayətində Narkoloji Dispanserdə yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dispanserin ikinci mərtəbəsində 10 kvadratmetr ərazisində baş verən yanğın zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların tüstüdən zəhərləndiyi bilidirilir.

Yanğın tam söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

İlkin ehtimallara görə, yanğına səbəb söndürülməmiş siqaret kötüyünün yerə atılması olub. Digər versiya kimi, elektrik naqillərində yaranmış qısaqapanma göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR