Rusiyada aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng araşdırılır

Rusiyada aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng araşdırılır
# 26 iyul 2020 17:31 (UTC +04:00)

Rusiyanın hüquq-mühafizə orqanlarına böyük şəhərlərdə aeroportlara partlayıcı qurğular yerləşdirilməsi barədə anonim zəng daxil olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına Krasnodar, Sankt-Peterburq və Moskva aeroportlarının minalandığı bildirilib.

Hazırda Rusiya hüquq-mühafizə orqanları daxil olan informasiyanı araşdırır. Aeroportlara hüquq-mühafizə orqanlarının, təcili yardım xidmətinin əməkdaşları, kinoloqlar göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR