Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 1 nəfər yaralanıb

#
# 08:22
16 aprel 2020

 

Rusiya Federasiyasının Dağıstan Respublikasında ağır yol nəqliyyat hadisəsi baş verib. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, respublikanın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza Levaşinski rayonunda, Buynaksk-Levaş magistral yolunun 20-ci kilometrliyində Urma və Kuletsma yaşayış məntəqələri arasında qeydə alınıb.

Qeyd edək ki, "VAZ-2110” və “Lada Priora” minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxs təcili yardım maşını ilə Levaşinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR