Rusiyada ağıra yol qəzası baş verib, 2 sürücü hadisə yerində ölüb

Rusiyada ağıra yol qəzası baş verib, 2 sürücü hadisə yerində ölüb
# 17 aprel 2021 03:11 (UTC +04:00)

Rusiyanın Tver bölgəsinin Kalininski rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Tver-Rjev yolunun 12-ci kilometrliyində baş verib.

Polisin yaydığı ilkin məlumata görə, 3 avtomobil bir-birinə çırpılıb.

“Hyundai Solaris” markalı maşın ötmə əməliyyatı edərkən, “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hərəkətdə olan “Lada Priora” avtomobilinin sürücüsü “VAZ”ın onun üzərinə gəldiyini görən an yayınmağa çalışsa da, alınmayıb. Nəticə toqquşma qaçılmaz olub.

Hadisə zamanı “Hyundai”ın və “VAZ”ın sürücüləri hadisə yerində dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR