Rusiyada bazarda yanğın söndürülüb - YENİLƏNİB

Rusiyada bazarda yanğın söndürülüb - YENİLƏNİB
# 06 dekabr 2020 15:20 (UTC +04:00)

Rusiyada bazarda yanğın söndürülüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi Rostovda “Klassik” bazarında yanğının 4 min kv.m sahəni əhatə etdiyi barədə məlumat yayıb.

Yerli vaxtla saat 13.24 radələrində yanğın tam lokallaşdırılıb.

***

saat 09.16

Rusiyada bazarda yanğın başlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06.30 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinə Rostovda “Klassik” bazarında yanğın olması barədə məlumat daxil olub.

Hazırda yanğın bazarda ikimərtəbəli ticarət mərkəzində 1,5 min kv.m sahəni əhatə edir. Yanğının söndürülməsinə 12 yanğınsöndürmə texnikası, 36 yanğınsöndürən cəlb olunub.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR