Rusiyada daha 21798 nəfər koronavirusa yoluxub

Rusiyada daha 21798 nəfər koronavirusa yoluxub
# 09 noyabr 2020 12:50 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 798 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 796 132 nəfərə çatıb.

Son sutka ərzində 256 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 793 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR