Rusiyada daha 23 315 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 23 315 nəfər COVID-19-a yoluxub
# 11 yanvar 2021 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 315 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 425 269 nəfərə çatıb.

Son sutka ərzində 436 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 62 273 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR