Rusiyada daha 28 776 nəfər koronavirusa yoluxub, 561 nəfər ölüb

Rusiyada daha 28 776 nəfər koronavirusa yoluxub, 561 nəfər ölüb
# 22 dekabr 2020 12:04 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 776 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 906 503 nəfərə çatıb.

Son sutka ərzində 561 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 51 912 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR