Rusiyada daha 8828 nəfər COVID-19-a yoluxub, 399 nəfər ölüb

Rusiyada daha 8828 nəfər COVID-19-a yoluxub, 399 nəfər ölüb
# 24 aprel 2021 13:01 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8828 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 753 789 nəfərə çatıb.

Son sutka ərzində 399 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 107 900 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR