Rusiyada daha bir nəfər koronavirusdan ölüb

Rusiyada daha bir nəfər koronavirusdan ölüb
# 27 mart 2020 23:42 (UTC +04:00)

Moskvada daha bir nəfər yeni növ koronavirus infeksiyasından ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkədə yaradılmış Operativ Qərargahın məlumatında qeyd edilib.

Bildirilir ki, 65 yaşlı qadında əvvəlki onkoloji xəstəlik səbəbindən ağciyərinin biri olmayıb.

Xəstəxanaya gətirilən zaman xəstədə soltərəfli pnevmoniya olub”, - məlumatda belə deyilir.

Bundan əvvəl Rusiyada koronavirusdan ölənlərin sayının üç nəfər olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR