Rusiyada dəmiryolu keçidində kişi qatarın altında qalaraq ölüb - FOTO

Rusiyada dəmiryolu keçidində kişi qatarın altında qalaraq ölüb - FOTO
# 29 aprel 2021 04:22 (UTC +04:00)

Rusiyanın İvanov vilayətində dəmir yolu keçidində faciə baş verib.

APA-nın məlumatına görə, hadisə axşamı saatlarında Kineşma şəhərinin Vinoqradov küçəsindəki dəmiryolu stansiyasında qeydə alınıb.

Şəhər sakini qatarın altında qalaraq ölüb.

Şahidlərin ifadəsinə görə, relslərin üzərində gəzən kişi irəliləyən qatarın xəbərdarlıq siqnalına məhəl qoymayıb. Bu zaman qatar onun üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR