Rusiyanın Sankt-Peterburq şəhərində “Nevskaya” fabrikində güclü yanğın baş verib.
APA TASS-a istinadən xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb edilib.
Fabrik söndürülərkən obyektdən yanmış cəsəd aşkar edilib. tapılıb. " deyən şöbə nümayəndəsi, mərhumun şəxsiyyətinin müəyyənləşdirildiyini söylədi.
Yanğın sahəsi 10 min kvadratmetri əhatə edib. Fabrikin dam örtüyü çöküb.
Hadisə zamanı FHN-in iki əməkdaşı yanıq xəsarətləri alıb, onlardan birinin öldüyünü bildirilib.
Fabrikdə çalışan işçilərdən birinin taleyi məlum deyil. Güclü külək səbəbindən yanğın yaxınlıqdakı binanın damına keçib.
Yanğın söndürülüb.