Rusiyada güclü yanğının söndürülməsi zamanı 1 yanğınsöndürən həlak olub

Rusiyada güclü yanğının söndürülməsi zamanı 1 yanğınsöndürən həlak olub
# 29 mart 2020 08:20 (UTC +04:00)


Rusiyanın Rostov-Don şəhərində 10 hektar qamışlıq ərazidə güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, Çemordaçka küçəsi, 4a ünvanında baş verən yanğının söndürülməsinə Mi-8 vertolyotu və yanğından mühafizə briqadaları cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Dördüncü çağırışla əraziyə gələn yanğınsöndürənlərdən biri yanğın söndürülərkən həlak olub.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğının qəsdən törədilməsi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR