Rusiyada hərbi helikopterin sərt enişi nəticəsində 3 ekipaj üzvü ölüb

#
# 07:10
20 may 2020

Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Mi-8” hərbi helikopteri Moskva yaxınlığındakı Klin yaşayış məntəqəsindən 20 kilometr aralıqda sərt eniş etməsi nəticəsində ekipaj üzvləri aldığı xəsarətlərdən ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə çərşənbə axşamı saat 20:00-da baş verib. Döyüş sursatı olmadan uçuş həyata keçirən helikopterdə olan 3 nəfərin öldüyü bildirilib.

Hərbi Hava Qüvvələrinin Ali Komandanlığı hadisə yerinə gəlib. 

İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR