Rusiyada istilik istehsal edən anbarda partlayış olub

Rusiyada istilik istehsal edən anbarda partlayış olub
# 19 iyun 2020 03:18 (UTC +04:00)

Rusiyanın Murmansk vilayətinin Leninski rayonunda bölgəni istilik və isti su ilə təmin edən anbarda partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, partlayış zamanı anbarın əsas işlək mexanizmlərindən olan 4 silindrindən 3-ü sıradan çıxıb.

Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilib.

Qeyd edək ki, sözügedən anbar Murmansk vilayətinin istilik və elektrik sənayesində ən böyük müəssisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR