Rusiyada koronavirusa görə 93,6 mindən çox insan nəzarət altındadır

Rusiyada koronavirusa görə 93,6 mindən çox insan nəzarət altındadır
# 24 mart 2020 11:41 (UTC +04:00)

Rusiyada koronavirus infeksiyası səbəbindən tibbi nəzarət altında 93 677 nəfər qalır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəsmi saytında deyilir.

"Bütövlükdə, 2020-ci ilin ötən dövrü ərzində Rusiyada 149 754 nəfər tibbi nəzarət altında idi. 23.03.03 tarixinə nəzarət altında 93 677 nəfər qalır", - deyə qurumun məlumatında bildirilir.

Son məlumatlara görə, Rusiyada yeni növ koronavirusun aşkarlanması məqsədilə 186 minə yaxın laboratoriya müayinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR