Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötüb

Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötüb
# 20 oktyabr 2020 14:45 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 319 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 431 635 nəfərə çatıb.

Son sutka ərzində 269 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 24 635 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR