Rusiyada koronavirusa yoluxanların sayı 24 490-a, ölənlərin sayı 198-ə yüksəlib

#
# 11:32
15 aprel 2020

Rusiyada son sutka ərzində daha 3 388 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 24 490 nəfərə çatıb.

Son sutka ərzində 28 nəfərin öldüyü bildirilib.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 198 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı 1986 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR