Rusiyada koronavirusa yoluxanların sayı 495 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 495 nəfərə çatıb
# 24 mart 2020 15:44 (UTC +04:00)

Rusiyada yeni növ koronavirus infeksiyasına (COVID-19) gün ərzində daha 57 nəfər yoluxub ki, bu növ virusa yoluxanların ümumi sayı 495-ə çatıb. Bundan başqa, sutka ərzində 5 nəfər sağalaraq evə buraxılıb. Nəticədə, sağalanların ümumi sayı 22-yə çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya hökuməti yanında koronavirusla mübarizə ilə bağlı yaradılan operativ qərargahdan verilən açıqlamada bildirilir.

Yeni yoluxma hallarının Rusiyanın 14 regionunda qeydə alındığı qeyd olunur. Bunlardan 28 nəfəri Moskva, 5 nəfəri Sankt-Peterburq, 4 nəfəri Voronej və Sverdlovsk vilayətlərində, 3 nəfəri Başqırdıstanda, iki nəfər Lipetsk, Orlov və Leninqrad vilayəti və Primorsk diyarında, bir nəfər isə Kaluqa, Volqoqrad, Samara vilayətləri, Çeçenistan və Tatarıstan respublikalarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR