Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb
# 25 mart 2020 13:33 (UTC +04:00)

Son sutka ərzində Rusiyada daha 63 nəfər yeni tip koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib.

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 658 nəfərə çatıb. İndiyə qədər koronavirusa yoluxan 20 nəfər sağalıb. Müşahidə altında özünütəcrid vəziyyətində isə 112 min nəfər var.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR