Rusiyada koronavirusa yoluxanların sayı 795 mini keçib

#
# 12:02
23 iyul 2020

Rusiyada son sutka ərzində daha 5848 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 795 038 nəfərə çatıb.

Son sutka ərzində 147 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 892 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 580 330 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR