Rusiyada koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb
# 26 mart 2020 12:20 (UTC +04:00)

Sutka ərzində Rusiyanın 18 regionunda 182 nəfər koronavirusa yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə COVID-19-la mübarizə üzrə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, koronavirusa 136 yoluxma faktı Moskvada, digərləri isə regionlarda qeydə alınıb.

Bununla da ümumilikdə ölkə ərazisində koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb. Eyni zamanda 38 nəfər sağalıb, 2 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR