Rusiyada koronavirusa yoluxanların sayı 960 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 960 mini ötüb
# 24 avqust 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4744 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 961 493 nəfərə çatıb.

Son sutka ərzində 65 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 448 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR