Rusiya paytaxtında yeni növ koronavirusdan ölüm qeydə alınıb.
APA nın Moskva müxbirinin verdiyi xəbərə görə , bu barədə Operativ Qərargah məlumat yayıb.
Məlumatda koronavirus infeksiyasına yoluxduğu təsdiqlənmiş qadının paytaxt xəstəxanalarının birində öldüyü bildirilib.
Bununla da, Rusiyada koronavirusdan ölənlərin sayı 10-a çatıb.
Qeyd edək ki, bu günə olan məlumata görə, Rusiyada koronavirusa yoluxanlar 1836 nəfərdir.