Rusiyada koronavirusdan ölənlərin sayı 103 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 103 mini ötüb
# 12 aprel 2021 12:08 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 320 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 4 649 710 nəfərə çatıb.

Son sutka ərzində 277 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 103 263 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR