Rusiyada koronavirusdan ölənlərin sayı 105 582 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 105 582 nəfərə çatıb
# 18 aprel 2021 12:13 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 702 101 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 105 582 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR