Rusiyada koronavirusdan ölənlərin sayı 109 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 109 mini ötüb
# 28 aprel 2021 12:34 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7848 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 787 273 nəfərə çatıb.

Son sutka ərzində 387 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 109 367 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR