Rusiyada koronavirusdan ölənlərin sayı 110 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 110 mini ötüb
# 30 aprel 2021 12:07 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 731 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 805 288 nəfərə çatıb.

Son sutka ərzində 397 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 110 128 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR