Rusiyada koronavirusdan ölənlərin sayı 111 mini ötüb

#
# 12:02
3 may 2021

Rusiyada son sutka ərzində daha 8489 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 831 744 nəfərə çatıb.

Son sutka ərzində 336 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 198 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR