Rusiyada koronavirusdan ölənlərin sayı 6 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 6 mini ötüb
# 09 iyun 2020 11:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8595 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 485 253 nəfərə çatıb.

Son sutka ərzində 171 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6142 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 242 397 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR